Hakan Fidan BƏƏ səfərində Qəzza məsələsini müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 2-də BƏƏ-yə səfəri zamanı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyəti həll etmək planını müzakirə edəcək.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Xarici işlər naziri Hakan Fidan oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Onun Türkiyənin BƏƏ ilə çoxşaxəli əməkdaşlığı daha da inkişaf etdirmək istəyini ifadə edəcəyi gözlənilir. Nazir ABŞ prezidenti Trampın sentyabrın 29-da açıqladığı plan da daxil olmaqla, Qəzza zolağında atəşkəsə nail olmaq və sülhün bərqərar olması səylərini müzakirə edəcək", - mənbə qeyd edib.
Fidan BƏƏ-dəki təmasları zamanı Suriya məsələsini də gündəmə gətirmək niyyətindədir. Mənbənin sözlərinə görə, nazir “ölkədə sabitliyin və inkişafın təmin edilməsi üçün Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayacaq”.
Fidan Hacızadə
Sfera.az






