İsrail-İran müharibəsi yenidən başlayır? - “Risk hər zaman mövcuddur”

İsrail-İran müharibəsi yenidən başlayır? - "Risk hər zaman mövcuddur"
Kateqoriya məlum deyil
T

İsrail mediasının istinadən etdiyi mənbələr iddia edir ki, İsrail İrana yenidən hücum edə bilər. Buna səbəb kimi İsrailin ilk hücum cəhdində qarşı tərəfə ciddi zərər verə bilməməsi göstərilir. 


Məsələ ilə bağlı siyasi şərhçi Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, İsrailin İrana zərbə endirmək planları və bu istiqamətdəki risklər hər zaman gündəmdə olub.

 

Onun sözlərinə görə, 12 günlük münaqişə və sonrakı proseslər göstərir ki, İsrailin və ABŞ-nin İranın nüvə fəaliyyəti ilə bağlı narahatlıqları hücum ehtimallarını canlı saxlayır.

 


“Səbəblər və motivlər müxtəlifdir. İranın nüvə fəaliyyətinə dair iddialar, regiondakı güc balansı və digər strateji hesablamalar yenidən müharibə ehtimalını artırır. Demək mümkündür ki, İsrail və ABŞ İranın nüvə problemi bəhanəsi ilə yenidən hücum təşkil edə bilərlər. 12 günlük əməliyyatlar göstərdi ki, İran asanlıqla təslim olmur. Əksinə, Tehran əməliyyatlar zamanı zərbələr endirdi və İsrailə zərər verə bildi. Yeni toqquşma halında İranın necə reaksiya verəcəyini, yəni müqavimət göstərəcəkmi, yoxsa geri çəkiləcək bunu zamanla görəcəyik”.


Səhrablı İrana olan hücum zamanı HƏMAS-ın bahənə kimi göstərildiyini də xatırlatdı. Lakin onun fikrincə, HƏMAS-ın varlığı sadəcə İranla bağlı deyil: 

 

“HƏMAS həm ruhən, həm də maddi cəhətdən tam asılı təşkilat deyil. O, müəyyən qədər müstəqil siyasi və hərbi aktor kimi çıxış edir. Əgər HƏMAS razılaşmazsa və silahları yerə qoymazsa, bu, regionda gərginliyi saxlaya və İranın rolunu önə çıxara bilər. Nəticədə İsrailin İrana zərbə endirmə ehtimalı arta bilər, çünki İsrail Tehranı HƏMAS-la əlaqələndirərək məsuliyyətə cəlb etmək istəyəcək”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR