Trampın Qəzza planı: Dünyanı necə dəyişə bilər?

Trampın Qəzza planı: Dünyanı necə dəyişə bilər?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması təşəbbüsü Yaxın Şərqdən kənarda da sülh proseslərinə təsir göstərə bilər.


Bu fikirləri Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”a açıqlamasında bildirib. 


Onun fikrincə, yeni planın həyata keçirilməsi yalnız Yaxın Şərqdə deyil, digər münaqişə ocaqlarında da sabitliyin bərqərar olmasına təkan vermək imkanı var.

 

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında qeyd edib ki, Qəzza planı beynəlxalq güc balansına təsir etməklə yanaşı, Rusiya-Ukrayna müharibəsinin də sonlanmasına dolayısı ilə təsir göstərə bilər:


“Əgər ABŞ Yaxın Şərqdə uzunmüddətli sülhə nail olsa, Vaşinqtonun qlobal vasitəçi kimi mövqeyi güclənəcək. Bu nüfuzdan istifadə edərək Tramp administrasiyası Rusiya və Ukrayna arasında danışıqlar üçün daha əlverişli siyasi mühit yarada bilər. Çünki böyük güclər arasında qarşılıqlı inamın formalaşması üçün əvvəlcə digər münaqişə ocaqlarında nəticə göstərmək vacibdir”.

 


Politoloq əlavə edib ki, Qəzza məsələsinin həlli Qərb dünyasında ictimai-siyasi təzyiqləri azaldaraq diqqətin daha çox Avropadakı müharibəyə yönəlməsinə şərait yarada bilər:


“Bu isə Ukrayna məsələsində daha çevik diplomatik həll yolları axtarışını stimullaşdırar. Trampın Qəzza planı yalnız Yaxın Şərqlə məhdudlaşmır, əksinə, qlobal miqyasda sülh təşəbbüslərinin domino effekti yaratması potensialını daşıyır”.


Qarayeva hesab edir ki, bu proses həm Yaxın Şərq, həm də Şərqi Avropa üçün yeni diplomatik imkanların açılmasına səbəb ola bilər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR