Polşa dron bəlasından xilas ola bilmir - Yenə PUA-lar aşkarlandı

Polşanın şimal-şərqində, Veliki Lençk yaşayış məntəqəsində naməlum obyekt aşkarlanıb. Ehtimal olunur ki, bu “dron-tələ”dir.
Sfera.az xəbər verir, bu barədə respublikanın Hərbi Jandarmeriyası məlumat yayıb.
“Elblonqdakı Hərbi Jandarmeriya şöbəsi bildirib ki, Dzyaldovo rayonunun Veliki Lençk kəndində naməlum uçan obyektin aşkarlanıb. Jandarmeriya bununla bağlı əməliyyat tədbirləri həyata keçirir”, – deyə qurum "X" sosial şəbəkəsindəki açıqlamasında bildirib.
RMF FM radiostansiyası isə yerli polisə istinadən xəbər verib ki, kombayn operatorunun qarğıdalı sahəsində tapdığı bu obyekt, sentyabrın 9-dan 10-na keçən gecə Polşanın şərq və mərkəzi bölgələrində düşən “dron-tələlərdən” biri ola bilər.
Sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun Operativ Komandanlığı ölkənin hava məkanını pozan və PUA kimi tanınan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tusk isə bildirib ki, həmin gecə hava məkanının 19 dəfə pozulması qeydə alınıb. Hadisə ilə əlaqədar Polşanın müraciəti əsasında NATO Şimal Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq alyans üzvlərinin məsləhətləşmələrinə başlayıb.
Niyaz Hacıyev
Sfera.az






