Avropa qlobal səhnədə tənəzzül yaşayır - Ekspert

Avropa qlobal səhnədə tənəzzül yaşayır - Ekspert
Kateqoriya məlum deyil
T

Avropa ölkələri demoqrafik, iqtisadi və normativ sahələrdə digər sivilizasiyalarla müqayisədə tənəzzül yaşayır.


Sfera.az xəbər verir ki, bunu fransız politoloqu, Avropa Parlamentinin keçmiş deputatı Emerik Şoprad TASS-a müsahibəsində bildirib. 


“Birinci məqam və deyəcəyim yalnız fransızlara yox, ümumilikdə avropalılara aiddir. Bu günün dünyasında, 50 il əvvəlki ilə müqayisədə, avropalıların digər sivilizasiyalar və milli dövlətlər qarşısında gücündə geriləmə müşahidə olunur. Əlbəttə, bu, demoqrafik tənəzzüldür. Avropa demoqrafiyası Asiya və Afrika ilə müqayisədə getdikcə daha da zəifləyir”, – deyə o vurğulayıb.


İkinci faktor kimi Şoprad nisbi iqtisadi geriləməni göstərib, çünki Çin, Hindistan, Rusiya və bir çox digər ölkələr iqtisadi cəhətdən ciddi inkişaf ediblər.


“Mən deyərdim ki, üçüncü bir faktor da var ki, bunu normativ tənəzzül adlandırardım. Yəni Avropa uzun müddət inanırdı ki, o, dünyanın qalan hissəsi üçün insan haqları və demokratiyadan başlayaraq bir çox sahələrdə norma və standartlar müəyyən edən nümunə olacaq. Bu gün isə artıq belə deyil. Dünya və müxtəlif sivilizasiyalar daha çox öz tarixi sivilizasiyalarına, öz standart və normalarına əsaslanan modellər inkişaf etdirməyə meyllidirlər”, – deyə ekspert yekunlaşdırıb.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR