20 illik göz qələmindən istifadə etdikdən sonra kor oldu

20 illik göz qələmindən istifadə etdikdən sonra kor oldu
Kateqoriya məlum deyil
T

Başlığı oxuyarkən “Göz laynerinin də son istifadə tarixi olar”? deyə sual verirsinizsə, Şirli Potterin təcrübəsi bu baxımdan dərs rolunu oynayır.

 

Sfera.az bildirir ki, Avstraliyada yaşayan 50 yaşlı qadın 2018-ci ildə 20 il əvvəl aldığı köhnə makiyaj məhsulundan istifadə etdikdən sonra az qala görmə qabiliyyətini itirəcəkdi. İstifadə müddəti olduğunu bilmədiyini deyən qadın o zaman çoxlarının ürəyini yerindən oynadıb.
 

50 yaşlı avstraliyalı Şirli Potter illər sonra qızları ilə çölə çıxmağa hazırlaşıb və makiyaj çantasındakı köhnə məhsullarından istifadə edib.
 

Ancaq bu qərar onun həyatını tamamilə dəyişdirib. Makiyajdan cəmi bir gün sonra Potter gözlərində dözülməz ağrı hiss edib. Səhəri gün həyat yoldaşı onun gözlərinin qızardığını görüb.
 

Həkimlərdən aylarla nəticə almağa çalışdıqdan sonra Potter nəhayət bir göz həkiminə müraciət edib.
 

Mütəxəssis hər iki gözdə ciddi infeksiya diaqnozu qoyub və birbaşa onun köhnə makiyajdan istifadə edib-etmədiyini soruşub. Potterin cavabı vəziyyəti təsdiqləyib. O, 20 il əvvəl aldığı və uzun müddət dolabda qalmış kosmetikadan istifadə etmişdi.
 

Həkimlərin o zamankı xəbərdarlıqlarına görə, Potter yaxın üç il ərzində görmə qabiliyyətini tamamilə itirə bilər.
 

“Sürücülük vəsiqəmi itirmək üzrəyəm və gələcəkdə görmə qabiliyyətimi tamamilə itirəcəyimi bilmək qorxuncdur”-deyə qadın ağrısını dilə gətirib.
 

Potter, eyni zamanda yemək kimi, makiyajın da son istifadə tarixi olduğunu heç eşitmədiyini bildirib:
 

"Mən müntəzəm olaraq makiyaj etmirəm, ona görə də ağlıma belə gəlməzdi".

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR