Türk Hava Yolları İrəvana birbaşa uçuşlar həyata keçirəcək

Kateqoriya məlum deyil
T
Türkiyəyə məxsus Türk Hava Yolları aviaşirkəti Ermənistanın paytaxtı İrəvana reyslər həyata keçirəcək.
Sfera.az xəbər verir ki, bu barədə şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayılıb.
Məlumatda deyilir:
“Ortağımızın idarə heyəti tərəfindən imkanlar və bazar şərtlərinə uyğun olaraq Rumıniyanın Timişoara şəhərinə və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin açılmasına qərar verilmişdir”. (Globalinfo.az)






