Paşinyan Ermənistan və Azərbaycan arasındakı sülhü tarixi hadisə adlandırıb

Paşinyan Ermənistan və Azərbaycan arasındakı sülhü tarixi hadisə adlandırıb
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsini tarixi hadisə adlandırıb və bunun Azərbaycan və Ermənistan hökuməti və xalqları üçün bir nailiyyət olduğunu qeyd edib.

 

O, bunu Strasburqda AŞPA-nın iclasındakı çıxışında bildirib.

 

"ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsdiqləyən bəyannamə qəbul edilib. ABŞ Prezidenti Donald Tramp şahid qismində bu bəyannaməyə imza atıb", - N.Paşinyan bildirib.

 

Onun sözlərinə görə, sülh tətil və ya istirahət deyil, sülh gündəlik zəhmətdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR