Zaporijya Nüvə Stansiyasında fəlakət riski artır

Rusiyanın işğalı altındakı Ukraynanın cənub-şərqində yerləşən Zaporijya Nüvə Elektrik Stansiyası kritik vəziyyətlə üzləşib.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, son günlər yüksək gərginlik xətlərinin kəsilməsi nəticəsində reaktorları soyutmaq üçün istifadə olunan sistemlər yalnız ehtiyat dizel generatorları ilə işləyir.
Hər iki tərəf isə xətlərin sıradan çıxmasına görə bir-birini günahlandırır.
Ekspertlər xəbərdarlıq edir ki, təhlükəsizlik qatları sürətlə zəifləyir və nüvənin ərimə riski yaxınlaşır. Stansiyanın ətrafındakı cəbhə xəttində top atəşləri və davamlı döyüşlər enerji xətlərinin sıradan çıxmasına səbəb olub. Uzun müddət davam edən qarşıdurmalarda 10 xətdən 8-i artıq kəsilib, qalan iki xətt isə yalnız Ukrayna nəzarətindəki ərazilərdən enerji təmin edə bilir. Son xətt isə çərşənbə günü tamamilə dayandırılıb.
İşğalla birlikdə stansiya işçilərinə təzyiq göstərildiyi, hətta işgəncələrə məruz qaldıqları iddia olunur. Artan stress insan səhvləri riskini artırıb. 2023-cü ildə bəndin partlaması əsas soyutma mənbəyini aradan qaldırıb və stansiya kiçik hovuz və quyularla məhdudlaşdırılıb.
Moskva iddia edir ki, nüvə stansiyasının soyutma sistemini təmin edən xətt Ukrayna topçuları tərəfindən vurulub, lakin Kiyev bunu rədd edir. Rəsmi şəxslər bildirir ki, dərhal ərimə və ya partlayış riski olmasa da, təhlükəsizlik qatlarının zəiflədiyi açıq görünür. Ekspertlər yaxın günlərdə nüvə nüvəsinin əriməsinin mümkün olduğunu vurğulayır və təcili tədbir çağırışı edirlər.
Zaporijya Nüvə Stansiyası 2022-ci ildən bəri Rusiya və Ukrayna xətlərinin ortasında yerləşir və hər iki tərəfin nəzarətindəki ərazilərdən enerji təminatı ilə işləməyə çalışır. Hazırki vəziyyət isə bölgədə nüvə təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Bəsti Rəfizadə
Sfera.az






