Çoxlu sayda iranlı ABŞ-dən deportasiya olundu
ABŞ hakimiyyəti Vaşinqton və Tehran arasında əldə olunan razılaşmaya əsasən təxminən 100 iranlını İrana geri göndərib.
Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti xəbər yayıb.
Məlumata görə, deportasiya edilən iranlılardan bəziləri ABŞ-ni könüllü şəkildə tərk edib, çünki onlar deportasiya qərarı çıxarılanadək bir neçə ay miqrasiya mərkəzlərində saxlanılmışdılar. İrana qayıdanların böyük əksəriyyətinə sığınacaq verilməsindən imtina olunub, bir qismi isə miqrasiya statusu ilə bağlı məhkəmə qərarını gözləmədən ölkədən çıxarılıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, deportasiya edilənləri daşıyan təyyarə sentyabrın 29-da ABŞ-ı tərk edib. Prosesi İran Xarici İşlər Nazirliyi koordinasiya edib. ABŞ-dan çıxarılan iranlılara isə sakit şəkildə geri dönüş və heç bir problem və ya nəticə ilə üzləşməyəcəkləri vəd edilib.
Niyaz Hacıyev
Sfera.az






