Logo

ABŞ-nin generalları narazıdır - Yeni müdafiə strategiyası tənqid olunur

ABŞ-nin generalları narazıdır - Yeni müdafiə strategiyası tənqid olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hazırladığı Milli Müdafiə Strategiyasının (MMS) yeni versiyası ölkənin hərbi rəhbərliyinin bir çox nümayəndəsi tərəfindən tənqid olunub.

Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində bazar ertəsi dərc edilən məqalədə məlumat verilir.

Nəşrin keçmiş və hazırkı rəsmilərdən əldə etdiyi məlumata görə, generallar Tramp administrasiyasının müdafiə sahəsində hazırladığı strategiya ilə bağlı ciddi narahatlıq ifadə ediblər. Bu isə Pentaqonun siyasi və hərbi rəhbərliyi arasında fikir ayrılıqlarının mövcudluğuna işarə edir.

Qəzet yazır ki, ABŞ müdafiə naziri Pit Hegset Pentaqonun bəzi qüvvələri Avropadan çıxaracağı və komandanlıqları birləşdirəcəyi barədə siqnal verib. Bu isə ABŞ-nin bəzi müttəfiqlərində narahatlıq yaradıb.

Məlumata görə, yeni strategiyanı tənqid edənlər arasında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Dən Keyn də var. Nəşr qeyd edir ki, strategiyanın hazırlanması prosesində fikir ayrılıqları normal haldır, lakin mənbələrin sözlərinə görə, bu dəfə sənəddən narazılıq bildirən və sərt tənqid edən rəsmilərin sayı qeyri-adi dərəcədə çoxdur.

Məqalədə vurğulanır ki, Pentaqonda prezidentin şəxsi və bəzən ziddiyyətli xarici siyasət yanaşmasını nəzərə alaraq, qısamüddətli və bəlkə də faydasız hesab edilən plana qarşı narazılıq artır.

Mənbələrin sözlərinə görə, yeni strategiya ilə bağlı daxili tənqidlər əsasən sənəddə ABŞ ərazisinə yönəlmiş təhlükələrə xüsusi diqqət ayrılması ilə bağlıdır. Halbuki, Çinin sürətlə hərbi gücünü artırması ABŞ-nin Asiya-Sakit okean regionunda üstünlüyünü zəiflədir.

Məqalədə əlavə edilir ki, sənəddə Çinə dair mühüm bölmələr yer alsa da, onlar əsasən Tayvana hücum təhlükəsinə yönəlib, Pekinlə qlobal rəqabətə deyil.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR