Tramp bu gün bəyanatla çıxış edəcək
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı, sentyabrın 30-da Ağ Evin Oval kabinetindən bəyanatla çıxış edəcək. Dövlət başçısının açıqlamasının mövzusu bilinmir.
Sfera.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının mətbuat xidməti tərəfindən yayımlanan iş qrafikində qeyd olunub.
Sənəddə bildirilir ki, saat 11:00-da (Bakı vaxtı ilə 18:00) prezident bəyanat verəcək.
Qrafikə əsasən, Tramp bu çıxışı Virciniya ştatının Kvantiko şəhərində ölkənin müdafiə naziri Pit Hegset və yüzlərlə amerikalı general və admiralın iştirakı ilə keçirilən görüşdən Ağ Evə qayıtdıqdan az sonra edəcək.
Niyaz Hacıyev
Sfera.az






