İtlə pişiyi yola getməyən cütlük boşanır - FOTO

Hindistanın Bhopal şəhərinin ailə məhkəməsində qeyri-adi boşanma işinə baxılır. Gənc cütlük ev heyvanları arasında davamlı davalar səbəbindən boşanmaq istəyir.
Sfera.az bildirir ki, bir ildən az müddətdə evli olan cütlüyün it və pişiyi heç cür anlaşa bilməyiblər və bu, cütlük üçün əsl problemə çevrilib.
2024-cü ilin dekabrında evlənən gənc cütlüyü məhz heyvan sevgisi birləşdirib. Lakin tezliklə məlum olub ki, onların ev heyvanları anlaşa bilmirlər. Qadın ərinin itinin daim hürdüyündən və pişiyinə hücum etməsindən pişiyin stress keçirməsinə və bəzən yeməkdən imtina etməsinə səbəb olduğundan şikayətlənib. O, vəziyyəti dözülməz adlandırıb.
Ər isə öz növbəsində bildirib ki, toydan əvvəl bütün heyvanlarını yaşayacaqları evə gətirməmək barədə razılaşsalar da, sonradan qadın valideynlərinin evindən bir pişiyi sahiblənib. Onun sözlərinə görə, ev heyvanı indi narahatdır və hətta bir neçə dəfə itə qarşı aqressivlik nümayiş etdirib.
Fotoda: cütlük arasında boşanmağa səbəb olan heyvanlar.

Bir neçə məsləhətləşmələr və vasitəçilik cəhdləri uğursuz olub: heç bir tərəf öz ev heyvanından imtina etmək istəmir.
"Biz bu evliliyi xilas etmək üçün hər cür səy göstəririk, amma qadın pişiyindən ayrılmaq istəmir" - deyə məsləhətçi Şail Avaşti bildirib.
Mütəxəssisin sözlərinə görə, vəziyyət artan tendensiyanı əks etdirir: insanlar sosial izolyasiya şəraitində ev heyvanlarından getdikcə daha çox emosional asılı olurlar.
"Bəzən onlar ev heyvanlarını insan münasibətlərindən üstün tuturlar və heç bir tərəfdaş güzəştə getmək istəmədikdə, bu evliliklər dağılır".
Aynil






