Logo

"Sosial media “müharibə aləti”dir” - Netanyahu

"Sosial media "müharibə aləti"dir" - Netanyahu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail Baş naziri Benyamin Netanyahu sosial medianı yeni dövrün “müharibə aləti” adlandırıb. O, Çin mərkəzli “TikTok”dan sonra ABŞ-nin “X” platformasının hədəfə alındığını bəyan edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edən Netanyahu burada çıxış edərək “X” şirkətinin sahibi İlon Maskla görüşəcəyini açıqlayıb.

Baş nazirin sözlərinə görə, ABŞ-də siyasi dayaqları möhkəmləndirmək üçün sosial media vasitələrindən istifadə zəruridir:

“Biz müharibə alətlərini işlətməliyik. Silahlar zamanla dəyişir. Sosial media isə artıq ən mühüm savaş vasitəsidir”.

Netanyahu, ABŞ-də hazırda ən böyük sosial media müzakirəsinin “TikTok” üzərində getdiyini vurğulayıb və bu prosesin nəticəsini gözlədiklərini deyib. O, “X” platformasına da diqqət çəkərək əlavə edib:

“İlonla danışmalıyıq. O düşmən deyil, dostdur. Əgər bunu bacarsaq, çox şey qazanacağıq”.

Xatırladaq ki, ABŞ-də “TikTok”un təhlükəsizliyi ilə bağlı qərarlar qəbul olunub. ABŞ-nin “Oracle” şirkəti platformanın ölkədəki əməliyyatlarının idarəsində əsas rol oynayacaq. Donald Trampın imzaladığı qərara əsasən, “TikTok”un ABŞ-dəki əməliyyatlarının yerli investorlar tərəfindən idarə olunmasına şərait yaradılıb.

“Oracle”ın qurucusu Larri Ellisonun uzun illər İsrailə açıq dəstəyi isə şirkətin “TikTok” üzərində əldə etdiyi bu səlahiyyətlərin İsrailin maraqları istiqamətində istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar doğurub.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR