Tramp miqrantlara güzəşt etmir - Yenidən məhkəməyə müraciət etdi

Tramp miqrantlara güzəşt etmir - <span style="color:#ff0000">Yenidən məhkəməyə müraciət etdi</span>
Kateqoriya məlum deyil27.09.25, 09:02392 👁️
T

ABŞ Prezidenti Donald Tramp doğum əsasında vətəndaşlıq hüququnu məhdudlaşdırmaqda israrlıdır. Administrasiya bu məqsədlə ikinci dəfə Ali Məhkəməyə müraciət edib.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, məlumata görə, Tramp hökuməti doğumla vətəndaşlıq hüququnu aradan qaldırmağı nəzərdə tutan icra sərəncamının Konstitusiyaya uyğunluğunun araşdırılması üçün məhkəməyə müraciət ünvanlayıb. 

 

Daha əvvəl icrası dayandırılan bu sərəncam 2025-ci ildə ikinci dəfə hakimlərin müzakirəsinə çıxarılıb.

 

Administrasiya müraciətində ABŞ Konstitusiyasının 14-cü Düzəlişinə əsasən ölkədə doğulan şəxslərə avtomatik vətəndaşlıq verilməsi praktikasının “səhv” və “mənfi nəticələr doğuran” yanaşma olduğunu iddia edib.

 

Baş prokuror və administrasiyanın baş apellyasiya vəkili D. Con Sauer bildirib ki, alt məhkəmələrin qərarları prezidentin sərhəd təhlükəsizliyi ilə bağlı siyasətini zəiflədib.

 

“Bu qərarlar qanuni əsas olmadan yüz minlərlə insana Amerika vətəndaşlığı imtiyazı verir”,- deyə Sauer vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...