Zaxarova III Dünya müharibəsi təhlükəsindən danışıb: "Kiyev bunu edərsə..."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kiyevin Rumıniya və Polşada yalançı bayraq əməliyyatı keçirmək planları ilə bağlı Macarıstan mətbuatında yayılan xəbərlər təsdiqlənərsə, III Dünya Müharibəsi başlanacaq.
Sfera.az xəbər verir ki, o, "Telegram" kanalında bir sıra Macarıstan KİV-lərində Volodimir Zelenskinin Rusiyanı günahlandırmaq məqsədi ilə Rumıniya və Polşada təxribat törətmək planlarına dair xəbərlərə diqqət çəkib.
“Onun Bankovaya küçəsindəki ofisi Rusiya ilə NATO arasında müharibəyə səbəb yaratmaq məqsədi ilə “Qleyvits insidentinin” öz versiyasını hazırlayır”, - deyə o izah edib.
Zaxarovanın sözlərinə görə, bütün bunlar təsdiqlənərsə, o zaman etiraf edilməlidir ki, müasir dövrdə heç vaxt Avropa III Dünya Müharibəsinin başlamasına bu qədər yaxın olmayıb.
Firuzə Əliyeva
Sfera.az






