ABŞ Dövlət Departamenti cümə günü Kolumbiya prezidenti Qustavo Petronun vizasını ləğv etdiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə "BBC News"a istinadla xəbər verir.
Dövlət Departamenti əlavə edib ki, bu qərar solçu liderin Nyu-Yorkda Fələstin tərəfdarı küçə etirazı zamanı "təxribatçı hərəkətlərinə" cavab olaraq verilib.
Bu həftənin əvvəlində Petro BBC-yə deyib ki, Tramp administrasiyasının Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə hava zərbələri “diktatura aktı”dır.
Petro Nyu-Yorkdan sosial mediada bir video yayımlayıb, böyük bir izdihamla meqafon vasitəsilə ispan dilində danışıb.
“Nyu-Yorkda dayanaraq Birləşmiş Ştatlar Ordusunun bütün əsgərlərindən silahlarınızı insanlığa tuşlamamağı xahiş edirəm. Trampın əmrlərinə tabe olmayın. İnsanlığın əmrlərinə tabe olun", - deyə Petro əlavə edib.
Buna cavab olaraq Dövlət Departamenti onun hərəkətlərini kəskin tənqid edib.
Dövlət Departamentinin bəyanatında deyilir:
“Bu gün səhər saatlarında Kolumbiya Prezidenti Qustavo Petro Nyu-York şəhərinin küçələrindən birində dayanaraq ABŞ əsgərlərini əmrlərə tabe olmamağa və zorakılığa təhrik etməyə çağırıb. Biz ehtiyatsız və təxribatçı hərəkətlərinə görə Petronun vizasını ləğv edirik”.
Firuzə Əliyeva
Sfera.az