Tramp bu raketi Ukraynaya verməkdən imtina etdi


Tramp bu raketi Ukraynaya verməkdən imtina etdi
Kateqoriya məlum deyil26.09.25, 18:301021 👁️
T

ABŞ Prezidenti Donald Tramp "Tomahavk" qanadlı raketlərinin Ukraynaya təhvil verilməsi tələbini rədd edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən yazıb.

 

Mənbənin sözlərinə görə, bu, Trampın Ukraynanın maraqları naminə NATO ölkələrinə satmaqdan imtina etdiyi siyahıda yeganə silah sistemi olub.

 

Qeyd edək ki, raket 2500 km uçuş məsafəsinə malikdir və 450 kq-a qədər partlayıcı daşıya bilir. ABŞ heç vaxt Ukraynaya bu qədər uzaq məsafəyə malik silahlar ötürməyib. Hər raketin qiyməti təxminən 2 milyon dollardır.

PAYLAŞ
Sehliyali
Yüklənir...