İsrail İran casusunu həbs etdi

İsrail İran casusunu həbs etdi
Kateqoriya məlum deyil26.09.25, 08:271062 👁️
T

İsrailin təhlükəsizlik xidməti Amerika və İsrail ikili vətəndaşlığı olan İran casusunu həbs edib.

 

Sfera.az xəbər verir ki, bu haqda İsrailin Daxili Təhlükəsizlik Agentliyi (Şinbet ) məlumat yayıb.

 

Məlumata görə, 49 yaşlı Yakov Perl bu ayın əvvəlində İrana casusluq ittihamına görə saxlanılıb.

 

İsrail rəsmiləri Perlin son illərdə Mərakeşdə yaşadığını və ilk dəfə 2017-ci ildə İranın oradakı səfirliyi ilə telefon vasitəsilə əlaqə saxladığını bildirib. Perl öz missiyaları üçün Tehran tərəfindən rəqəmsal valyuta vasitəsilə vəsait alıb.

 

Həmçinin qeyd olunub ki, o, 2017-ci ildə İrana sığınmaq üçün müraciət edib, ancaq Tehrandan cavab almayıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...