Daha bir ölkə Polşaya "Patriot" göndərəcək

Daha bir ölkə Polşaya "Patriot" göndərəcək
Kateqoriya məlum deyil26.09.25, 07:59970 👁️
T

Niderland yaxın həftələrdə Polşaya "Patriot" zenit-raket komplekslərini (ZRK) göndərməyi planlaşdırır. 

 

 

Sfera.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Sxof "Bloomberg TV"yə verdiyi müsahibədə bildirib.

 


“Yaxın həftələrdə Polşaya "Patriot" sistemlərini göndərəcəyik və əlbəttə, NATO-dakı müttəfiqlərimizlə şərq sərhədini necə daha yaxşı qorumaq barədə müzakirələr aparırıq”, – deyə Sxof qeyd edib. 


Lakin baş nazir Polşada yerləşdiriləcək ZRK-lərin sayını açıqlamayıb.

 

O əlavə edib ki, Avropa İttifaqı üçün 2027-ci ildən etibarən Rusiya neftindən imtina etmək real ola bilər.

 


Qeyd edək ki, Polşa Ordusunun Əməliyyat Komandanlığı ölkənin hava məkanına daxil olmuş bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, 9-dan 10-a keçən gecə ölkənin hava sərhədində 19 pozuntu qeydə alınıb. Hadisə ilə bağlı Polşanın müraciəti əsasında NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq alyans üzvləri ilə məsləhətləşmələrə başlayıb.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...