“Microsoft” İsrailə olan xidmətlərini dayandırdı

“Microsoft” İsrailə olan xidmətlərini dayandırdı
Kateqoriya məlum deyil26.09.25, 07:53841 👁️
T

ABŞ-nin nəhəng texnologiya şirkəti olan “Microsoft”, Qəzza və İordan çayının Qərb sahilində mülki əhalinin izlənilməsində bulud xidmətlərindən istifadə edildiyi barədə məlumatlardan sonra İsrail Müdafiə Nazirliyinə göstərdiyi bəzi xidmətləri dayandırıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Bred Smit əməkdaşlara göndərdiyi məktubda bildirib ki, “Microsoft” nazirliyin tabeliyində olan bir quruma aid bir sıra xidmətləri deaktiv edib.


O, avqustun 6-da “The Guardian” nəşrində yayımlanan xəbəri xatırladaraq, İsrail Müdafiə Qüvvələrinin (IDF) mülki şəxslərə kütləvi nəzarət məqsədilə telefon məlumatlarını “Microsoft”un “Azure” platformasında saxladığı iddialarından sonra araşdırma başlatdıqlarını qeyd edib.


“Əldə olunan dəlillər İsrail Müdafiə Nazirliyinin Hollandiyada yerləşən “Azure” saxlama imkanlarından və süni intellekt xidmətlərindən istifadə etdiyini göstərir. Bu səbəbdən bəzi abunəlikləri dayandırmaq qərarı aldıq və Nazirliyə məlumat verdik”, – deyə Smit açıqlayıb.


O, həmçinin qərarın “Microsoft”un İsrail və Yaxın Şərqin digər ölkələri ilə həyata keçirdiyi kibertəhlükəsizlik əməkdaşlıqlarına təsir etməyəcəyini vurğulayıb.
Smit əlavə edib ki, “Microsoft”un standart xidmət şərtləri texnologiyaların kütləvi nəzarət məqsədilə istifadəsinə icazə vermir:


“Biz müştərilərimizin məxfilik hüquqlarına hörmətlə yanaşır və onları qoruyuruq. “Microsoft” bir hökumət və ya dövlət deyil. Biz bir şirkətik və hansı məhsul və xidmətləri təqdim edəcəyimizə özümüz qərar veririk”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...