"Ərdoğandan istəsəm, edəcək"

"Ərdoğandan istəsəm, edəcək"
Kateqoriya məlum deyil26.09.25, 07:36570 👁️
T

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiya neftinin alınmasını dayandırmağa hazır olduğunu iddia edib.

 

Sfera.az xəbər verir ki, Tramp Ağ Evdə media nümayəndələri ilə görüşdə sualları cavablandırarkən deyib.

 

Ona Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan neft idxalını dayandırmağa razı olub-olmadığı ilə bağlı sual ünvanlanıb. 

 

ABŞ lideri bu suala cavab verməyəcəyini deyib:

 

“Mən bunu demək istəmirəm, amma mən onu istəsəm, edəcək. İnanıram ki, o, bunu dayandıra bilər. Bilirsiz niyə? Çünki o, başqalarından ala bilər."

Onun fikrincə, Macarıstan və Slovakiya üçün Rusiya neftini almağı dayandırmaq çox çətin olardı.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...