Tramp ABŞ-də terrorla mübarizə aparacaq - Sənəd imzalandı

Tramp ABŞ-də terrorla mübarizə aparacaq - <span style="color:#ff0000">Sənəd imzalandı</span>
Kateqoriya məlum deyil26.09.25, 07:21395 👁️
T

ABŞ Prezidenti Donald Tramp ölkə daxilində terrorizmə və siyasi zəminli təşkilatlanmış zorakılığa qarşı mübarizə ilə bağlı memorandum imzalayıb.

 

Sfera.az xəbər verir ki, sənəd radikal siyasi qruplaşmalara qarşı mübarizədə dövlət qurumları arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur. 

 

Memoranduma əsasən, ABŞ Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi birgə işçi qrupları yaradacaq. Onların vəzifəsi yalnız bu cür qruplaşmaların fəaliyyətini dayandırmaq deyil, həm də onların maliyyə mənbələrinə qarşı mübarizə aparmaq olacaq.

 

“Biz bu qrupların bir çoxunun sponsorlarını axtarırıq. Bilirsiniz, plakatlara baxanda görürsünüz ki, onların hamısı gözəl və peşəkar şəkildə hazırlanıb. Bu, zirzəmilərdə gecələr plakat düzəldən və buna həqiqətən inanan etirazçılar deyil, peşəkar anarxistlər və təxribatçılardır”, – deyə Tramp sənədi imzalayarkən bildirib.

 

“O anarxistləri varlı insanlar maliyyələşdirir, onların bəzilərini mən də tanıyıram”, – deyə o əlavə edib.

 

Qeyd edək ki, sentyabrın 22-də ABŞ prezidenti “Antifa” hərəkatını terror təşkilatı kimi tanıyan fərman imzalayıb.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...