Rusiya BMT-də islahatların aparılmasını istəyir

Rusiya BMT-də islahatların aparılmasını istəyir
Kateqoriya məlum deyil26.09.25, 07:16466 👁️
T

Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT-nin Baş katibi Antoniu Quterreş BMT-də islahatlarla bağlı aktual məsələləri müzakirə ediblər.

 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN-i BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatda qeyd edib.

 


“Baş katibin "BMT-80" təşəbbüsü kontekstində ümumdünya təşkilatının islahatı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib. Nazir vurğulayıb ki, aparılacaq dəyişikliklər ölçülüb-biçilmiş xarakter daşımalı, təşkilatın institusional əsaslarının və onun başlıca orqanları arasında əmək bölgüsünün qorunmasını təmin etməli, üzv dövlətlərin ciddi nəzarəti altında həyata keçirilməli və onların ən geniş dəstəyinə malik olmalıdır”, – deyə məlumatda bildirilir.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...