Cənubi Koreya Silahlı Qüvvələri Şimali Koreyaya (KXDR) qarşı xəbərdarlıq atəşi açıb. Buna səbəb KXDR-ə məxsus kommersiya gəmisinin Sarı dənizdə Cənubi Koreyanın faktiki dəniz sərhədi hesab etdiyi Şimal Sərhəd Xəttini (NLL) pozması olub.
Sfera.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hadisə yerli vaxtla saat 05:00 radələrində Pənnyondo adası yaxınlığında baş verib. Cənubi Koreya tərəfi əvvəlcə texniki vasitələrlə xəbərdarlıq ötürüb. Daha sonra açılan xəbərdarlıq atəşindən sonra KXDR gəmisinin Cənubi Koreya sularını tərk etdiyi bildirilib. Pxenyan isə Şimal Sərhəd Xətti tanınmır.
Qeyd edək ki, bundan əvvəl KXDR avqustun 19-da quru sərhədində baş vermiş insident barədə məlumat yaymışdı. Həmin vaxt Cənubi Koreya Ordusu Koreya Xalq Ordusunun əsgərlərinə sədd tikintisi ilə məşğul olarkən xəbərdarlıq atəşi açmışdı. Oxşar hadisələr 2025-ci ilin aprelində və 2024-cü ilin oktyabrında da qeydə alınıb.
Niyaz Hacıyev
Sfera.az