Pxenyan ənənəni pozdu - BMT-nin toplantısına yüksək vəzifəli şəxs göndərdi

Pxenyan ənənəni pozdu - BMT-nin toplantısına yüksək vəzifəli şəxs göndərdi
Kateqoriya məlum deyil26.09.25, 06:39278 👁️
T

Şimali Koreya xarici işlər nazirinin müavini Kim Son Gyön BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.


Sfera.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.


Agentliyin məlumatına görə, onun çıxışı sentyabrın 29-na planlaşdırılıb. Kim Son Gyön öncə Pekinə, buradan isə Nyu-Yorka yollanıb. 


Qeyd edək ki, 2019-cu ildən bəri rəsmi Pxenyan adından yüksək səviyyəli şəxs BMT iclasına qatılmayıb. Adətən ölkəni təşkilat yanında daimi nümayəndəsi təmsil edib.

 

Nazir müavini ABŞ ilə hər hansı təmasların nəzərdə tutulub-tutulmadığı barədə sualları cavabsız qoyub.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...