Dələ şəhərin altını üstünə çeviridi: 5 nəfər xəstəxanaya yerləşdirilib


Dələ şəhərin altını üstünə çeviridi:<span style="color:#ff0000"> 5 nəfər xəstəxanaya yerləşdirilib</span>
Kateqoriya məlum deyil25.09.25, 20:206 👁️
T

ABŞ-ın Kaliforniya ştatında “qəzəbli dələ”nin insanlara qarşı törətdiyi bir sıra dəhşətli hücumlardan sonra bəzi sakinlər təşvişə düşüb.
 

San Rafael sakinləri aqressiv heyvanın silsilə hücumlarından sonra şoka düşüblər.
 

Sfera.az xəbər verir ki, bir neçə nəfər ciddi xəsarət alıb və təcili yardımla xəstəxanaya aparılıb. Yerli sakinlərin sözlərinə görə, təxminən beş nəfərə hücum edilib.
 

Joan Heblack deyib ki, adi gəzinti zamanı bir dələ qəfil onun üstünə çarparaq ayağını dişləyib.
 

O, heyvanın bir anda peyda olduğunu və ağrılı dişləmələr verdiyini bildirib:

 

Bir neçə gündən sonra İzabel Kampoy və onun qardaşı qızı Karmen eyni bölgədə yaralanıblar.
 

"Dələ üzümə tullanmaq istədi, amma mən üzümü qorudum və o, əlimi dişlədi. Mən qan içində idim. Təcili yardıma qaçmalı oldum"-deyə İzabel Kampoy bildirib.
 

Hamı hücum edən dələni qızılı rəngdə təsvir edir.
 

WildCare mütəxəssisi Vanessa Potter izah edib ki, dələ quduzluq daşımır. Heyvanın aqressiv davranışı, çox güman ki, insanlar tərəfindən kimi qidalanması ilə əlaqədardır.
 

"Dələlər insanları qida ilə birləşdirəndə qorxularını itirirlər. Yemək yoxdursa, heyvan məyus ola bilər”.
 

Sakinlərdən vəhşi heyvanlara yem verməmələri və gəzinti zamanı diqqətli olmaları xahiş olunur.
 

Artıq ərazidə xəbərdarlıq flayerləri vurulub, lakin son bir neçə gündə dələ görünməyib. Zərərçəkənlər müalicələrini davam etdirirlər. Bununla belə sakinlər bildirirlər ki, narahat olmalarına baxmayaraq, açıq havada əylənməyə çalışırlar.

Aysel

PAYLAŞ
Sehliyali
Yüklənir...