Ər də başqası ilə görüşdə olub: Qalmaqallı xəyanət hekayəsində yeni faktlar
“Astronom”un keçmiş CEO-su Endi Bayron və keçmiş HR direktoru Kristin Kabotun Massaçusetsdə “Coldplay” konserti zamanı öpüşməsi gözlənilmədən kameralara tuş gəldikdən sonra beynəlxalq miqyasda qalmaqal yaranmışdı. İndi isə məlum olub ki, Kabotun əri də yaxınlıqda, həm də başqası ilə görüşdə olub.
Sfera.az xəbər verir ki, Kabota yaxın mənbənin sözlərinə görə, onunla Bayron arasında yalnız dostluq və işgüzar münasibət olub.
"Heç bir romantika yox idi. Bəli, konsertdə müdiri qucaqlamaq yersiz idi və Kristin bunun məsuliyyətini öz üzərinə götürür. Amma qalmaqalın miqyası, işini və nüfuzunu itirməsi ədalətsizdir"- deyə mənbə bildirib.
Mənbə təkid edir ki, Kristin yanlış olaraq “ailəni məhv edən” kimi göstərilib. O iddia edir ki, Kabot cütlüyü həmin vaxt artıq ayrı yaşayırmış və onun əri Endryu da konsertdə - görüşdə olub.
Vəziyyətin tez bir zamanda mem və sosial mediada zarafatlara çevrilməsinə baxmayaraq, Kabot özü nifrət dalğası ilə üzləşib: təkcə qalmaqaldan sonra ilk üç gündə o, 900-ə yaxın telefon hədəsi alıb.
"O, oğlunu işdən götürməyə gələndə qadınlar onu ələ salır və şəkillərini çəkirdilər. Bununla məşğul olmaq çətin idi"- deyə mənbə qeyd edib.
Endi Bayron və Kristin Kabot hələlik heç bir ictimai şərh verməyiblər.
Xatırladaq ki, “Coldplay” konsert skandalı iyulun 16-da “Music of Spheres” turu çərçivəsində baş verib. Cütlük üzlərini gizlətməyə çalışarkən, solist Kris Martin də vəziyyəti şərh edib:
"Ya onların münasibəti var, ya da çox utancaqdırlar."
Bunun ardınca süni intellekt şirkəti daxili araşdırmaya başlayıb. Ertəsi gün Bayron bir həftə keçməmiş isə Kabot istefa verib.
Aysel






