Fransanın sabiq prezidenti həbs olundu

Fransanın sabiq prezidenti həbs olundu
Kateqoriya məlum deyil
T

Fransanın sabiq prezidenti Nikola Sarkozi seçki kampaniyasını qanunsuz maliyyələşdirmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Paris məhkəməsi 70 yaşlı siyasətçini 5 il müddətinə azadlıqdan məhrum edib.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, ittihamda qeyd olunur ki, Sarkozi 2007-ci il prezident seçkilərində kampaniyasını maliyyələşdirmək üçün Liviyanın o vaxtkı lideri Muəmmər Qəddafi ilə gizli razılıq əldə edib. 

 

 

Lakin hakim Sarkozinin Qəddafi ilə belə bir razılaşma bağladığına və ya Liviyadan göndərilən pulların onun kampaniyasına çatdırıldığına dair birbaşa sübut olmadığını bildirib.


Məhkəmə qərarına əsasən, Sarkozi digər korrupsiya ittihamlarından bəraət qazanıb. Buna baxmayaraq, sabiq prezidentin 5 illik cəzası qüvvədə qalıb. O, qərarı apellyasiya şikayəti ilə mübahisələndirsə də, bu, həbsdən yayınmasına imkan verməyəcək.


Sarkoziyə əlavə olaraq 100 min avro məbləğində cərimə də tətbiq olunub.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR