Türkiyədə mədən çökdü -5 işçi dağıntılar altında qalıb

Türkiyədə mədən çökdü -5 işçi dağıntılar altında qalıb
Kateqoriya məlum deyil
T

Türkiyədə kömür mədəni çöküb, dağıntılar altında qalanlar var.

 

Sfera.az Türkiyə KİV- nə istinad edərək xəbər verir ki, hadisə Zonquldağ vilayətində baş verib.

 

İlkin məlumata görə, hadisə zamanı 5 işçi dağıntılar altında qalıb. Onlardan 3-ü artıq xilas edilib, 2 işçinin taleyi üçün xilasetmə işləri davam edir.

 

Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım briqadaları göndərilib.

 

İşçilərin vəziyyəti barədə dəqiq məlumat hələ açıqlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR