ABŞ təklif edir, Avropa hələ düşünür - Rusiyaya təzyiq olacaqmı?

ABŞ təklif edir, Avropa hələ düşünür - Rusiyaya təzyiq olacaqmı?
Kateqoriya məlum deyil
T

ABŞ-nin energetika naziri Kris Rayt “Fox News” telekanalına verdiyi açıqlamada bildirib ki, Amerika elə bu gün Avropaya tədarük edilən bütün Rusiya qazını və neft məhsullarını əvəz etməyə hazırdır. “Bizim lazımi imkanlarımız var və Avropanın ehtiyaclarını ödəməyə hazırıq”, — deyə Rayt vurğulayıb.


Əgər belə bir imkan varsa Avropa niyə Rusiyadan neft və ya qaz alır?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirdi ki, ABŞ-nin belə bəyanatı həm Rusiya-Ukrayna müharibəsi, həm də Avropanın enerji təhlükəsizliyi məsələləri ilə sıx bağlıdır. 

 

Onun sözlərinə görə, bu açıqlama birbaşa Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları və NATO-nun şərq sərhədlərində yaranan gərginliklər fonunda verilir: 

 


“ABŞ Avropaya enerji resurslarını təqdim etməyə hazır olduğunu bildirib, bu həm də Rusiya üzərinə əlavə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Məqsəd Ukraynada və regionda sülhün daha tez təşəkkül tapması üçün siyasi mesaj verməkdir. ABŞ-dən enerji tədarükü əsasən dəniz yolu ilə mümkündür. Bu, boru kəmərləri vasitəsilə Rusiyadan gələn qazdan daha baha başa gəlir. Bundan əlavə, enerji terminal infrastrukturu qurulmalı, xüsusi tankerlər təmin edilməli və uzunmüddətli planlaşdırma aparılmalıdır. Bu isə Avropa üçün əlavə maliyyə və zaman xərcləri deməkdir”.


Politoloq qeyd edib ki, Avropa ölkələrinin ABŞ-dən tam enerji asılılığı istəməməsinin arxasında həm iqtisadi, həm də siyasi səbəblər dayanır: 


“Avropa ölkələri enerji diversifikasiyasına üstünlük verirlər və yaşıl enerji mənbələrinə daha çox diqqət ayırırlar. Bu, həm iqtisadi maraqlar, həm də enerji asılılığından qurtulmaq siyasətinin bir hissəsidir”.


Ülviyyə Zülfiqar vurğulayıb ki, ABŞ-nin bəyanatı həm də Rusiyaya qarşı sanksiyaların və siyasi təzyiqlərin davam etdirilməsinin bir elementidir: 


“Bu, həm Rusiya-Ukrayna müharibəsinin gedişatına, həm də NATO ilə Rusiya arasında yaranmış gərginliyə yönəlmiş strateji addımdır. ABŞ Avropaya enerji təminatını vurğulayaraq, həm də sülhün təşviqi və regiondakı gərginliyin azaldılması mesajını vermək istəyir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR