Putin və Tramp telefonda danışacaq - Yeni məsələlər müzakirə ediləcək

Putin və Tramp telefonda danışacaq - Yeni məsələlər müzakirə ediləcək
Kateqoriya məlum deyil
T

Bu gün ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Rəsmi açıqlamalara görə, danışıqlarda əsasən viza məsələlərinin müzakirə olunacağı bildirilir.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Cavanşir Abbaslı isə hesab edir ki, görüşün əsas gündəliyində Ukrayna məsələsi dayanacaq:


“Bu görüş Trampın ikinci prezidentliyi dövründə Putinlə ikinci dəfə bir araya gəlməsidir. Viza məsələləri öncədən gündəmə gətirilsə də, əslində əsas müzakirə mövzusu Rusiya-Ukrayna cəbhəsi olacaq. Xüsusilə də Trampın Zelenski ilə görüşündən sonra verdiyi açıqlamalar bunu deməyə əsas verir. Dünyanın iki super gücü arasında əsas dialoq mövzusu şübhəsiz ki, Ukrayna olacaq”.

 


Politoloq vurğulayıb ki, viza məsələlərinin həllinə dair müəyyən müsbət addımlar mümkündür:


“Son illərdə ABŞ və Rusiya arasında ciddi uçurum yaranıb. Bu uçurumun aradan qaldırılması yollarından biri də viza məsələlərinin müzakirəsidir. Tramp hər zaman Rusiya ilə əməkdaşlığın vacibliyini önə çəkib. O, daha çox biznesmen prezident təsiri bağışlayır və sosial-iqtisadi məsələləri siyasi məsələlərdən önə çəkir. Buna görə də viza məsələlərində irəliləyiş ola bilər”.


Lakin Abbaslıya görə, Ukrayna müharibəsi ilə bağlı pozitiv nəticə əldə olunması real görünmür:


“Tramp hakimiyyətinin ilk 3 ayında müharibəni dayandıracağını desə də buna nail ola bilmədi. Bundan sonra da buna nail olması çətin görünür. Çünki nə Rusiya, nə də Ukrayna irəli sürdüyü şərtlərdən geri çəkilmək niyyətindədir. Bu səbəbdən yaxın perspektivdə müsbət nəticə gözləmək real deyil. Ukrayna müharibəsi əslində təkcə Putin və Zelenski arasında deyil, həm də Putinlə Tramp, ondan əvvəl Bayden və gələcək hakimiyyətlər arasında davam edən bir mübarizə kimi qəbul olunur”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR