Kiyevun uğurluzluğunun günahkarı Avropadır? - ABŞ-dən yeni ittiham

Kiyevun uğurluzluğunun günahkarı Avropadır? - ABŞ-dən yeni ittiham
Kateqoriya məlum deyil
T

Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Kiyevin hərbi uğursuzluqlarına görə onları günahlandıracağından qorxur. 

 

Sfera.az xəbər verir ki, Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Tramp bir neçə ay Ukraynanı itirdiyi əraziləri Rusiyaya aid etməyə məcbur etməyə çalışıb.

 

Lakin son vaxtlar prezident mövqeyini dəyişərək "Truth Social" platformasında yazıb ki, Kiyev Avropa İttifaqının dəstəyi ilə mübarizə aparıb bütün əraziləri geri qaytara bilərdi.

 

Bəzi Avropa rəsmiləri hesab edir ki, Tramp Ukraynanın müdafiəsi üçün məsuliyyəti Avropanın üzərinə atmaq istəyir. Almaniya nümayəndəsi qəzetə bildirib ki, amerikalı lider çox yüksək standart qoyub. 

 

Digər mənbə isə düşünür ki, Tramp özünə “ehtiyat çıxış yolu” hazırlayır və lazım gələrsə Avropanı uğursuzluqda günahlandıracaq.

 

Qəzetin məlumatına görə, Avropa İttifaqının liderləri Trampı artıq “etibarlı müttəfiq” hesab etmədiklərinə qərar veriblər. Bununla belə, bəzi kabinetlərdə onun mövqeyi müsbət qarşılanıb.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR