Avropa Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı ölkələrinin səfirləri bu həftə Daimi Nümayəndələr Komitəsində Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə etməyə başlayacaqlar. 


Sfera.az xəbər verir ki, bu barədə Avropa mediası mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, müzakirələr sentyabrın 26-da Brüsseldə keçiriləcək.

 

Avropa Komissiyası yeni paket çərçivəsində Rusiya, Hindistan və Çinə məxsus müəssisələr üçün ixrac nəzarətinin sərtləşdirilməsini, bir sıra kimyəvi maddələrin, filizlərin, metallarin və duzların ixracının qadağan olunmasını təklif edib. 

 

Bundan əlavə, Avropa İttifaqı Rusiyanın hərbi-sənaye kompleksinə yardım göstərməkdə ittiham olunan üçüncü ölkə şirkətlərinə, o cümlədən Çin müəssisələrinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

 

Yeni məhdudiyyətlər çərçivəsində Rusiyanın “Mir” ödəniş sisteminin xaricdə fəaliyyətinə qarşı da tədbirlər görüləcək. 

 

Eyni zamanda “Rosneft” və “Qazprom neft” şirkətlərinin iştirakı ilə bütün tranzaksiyaların tam qadağan olunması, eləcə də Rusiyanın və bəzi digər ölkələrin bir sıra banklarına qarşı restriksiyaların gücləndirilməsi təklif edilib.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR