"İsrailin qəlbində dövlət yaratmaq istəyən liderləri qınayacağam"- Netanyahu

"İsrailin qəlbində dövlət yaratmaq istəyən liderləri qınayacağam"- Netanyahu
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəyini bəyan edib.


Sfera.az “Tass” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Birləşmiş Ştatlara yola düşməzdən əvvəl bildirib.

 

"Mən BMT Baş Assambleyasına və Vaşinqtona gedirəm. BMT-də öz həqiqətimizi söyləyəcəyəm - İsrail vətəndaşlarının həqiqətlərini, İsrail əsgərlərinin həqiqətlərini, dövlətimizin həqiqətlərini. Mən qatilləri, təcavüzkarları və uşaqları yandıranları qınamaq əvəzinə, onlar üçün İsrailin qəlbində dövlət yaratmaq istəyən liderləri qınayacağam",- deyə o qeyd edib.

 


“Vaşinqtonda mən prezident Trampla dördüncü dəfə görüşəcəyəm və onunla qələbələrimiz sayəsində açılmış nəhəng imkanları, eləcə də bütün girovlarımızı geri qaytarmaqla və HƏMAS-ı məğlub etməklə müharibənin məqsədlərinə nail olmaq zərurətini müzakirə edəcəyəm”, - İsrailin baş naziri əlavə edib.

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR