Tramp Avropaya icazə verdi: “Rusiya təyyarələrini vurun”

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Avropaya açıq çağırış edib: “Rusiya təyyarələri sərhədinizə girsə, onları vurun”.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Trampın çıxışı Qəzza böhranından Ukrayna-Rusiya müharibəsinə qədər bir çox mövzuda gündəmi dəyişdi.
Prezident, Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini açıqlayaraq Rusiyaya qarşı mövqeyini sərtləşdirdi.
BMT Baş Assambleyasına qatılmayan Rusiya Prezidenti Vladimir Putin isə bu toplantıdan zərərli çıxdı. Tramp çıxışında həmçinin BMT və Avropanı sərt tənqid etdi, əvvəlki yumşaq mövqeyini dəyişərək Avropa ölkələrini Rusiyaya qarşı hərəkətə çağırdı.
Fransa Prezidenti Emmanuel Makron ilə görüşdən sonra birgə mətbuat konfransında Tramp jurnalistin “Rusiya təyyarələri NATO ölkələrinin sərhədinə girsə, vurulmalıdırmı?” sualına “Bəli, vurulmalıdır” cavabını verdi.
Bəsti Rəfizadə
Sfera.az






