ABŞ Ukraynaya silah satışından faydalanır - Ağ Ev

ABŞ Ukraynaya silah satışından faydalanır - Ağ Ev
Kateqoriya məlum deyil
T

ABŞ vergiödəyiciləri Ukraynaya yeni silah tədarükündən faydalanırlar, çünki bu dəfə silahlar pulsuz verilmir, NATO ölkələri tərəfindən ödənilir. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına açıqlamasında bildirib.

 

"ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, biz NATO-ya silah satmağa davam edəcəyik, alyans və Ukrayna isə bu silahdan necə istifadə edəcəyinə özləri qərar verə bilərlər”, – deyə Livitt vurğulayıb.


Onun sözlərinə görə, bu silah sazişinin Tramp administrasiyası dövründə bağlanma forması Amerikaya üstünlük qazandırır:

 

"Çünki biz bu silahı Ukraynaya, yəni NATO-ya satırıq, alyans isə həmin silahı Ukraynaya ötürür. Beləliklə, amerikalı vergiödəyicilər bundan fayda əldə edirlər. Bu, əvvəlki prezident Co Bayden administrasiyasının mövqeyi ilə müqayisədə mühüm dəyişiklikdir". 


Xatırladaq ki, daha əvvəl Tramp ABŞ-ın NATO ölkələrinə silah tədarükünü davam etdirəcəyini açıqlamışdı.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR