"Özləri Rusiyayla əməkdaşlıq edir, amma bizə qadağa qoyurlar" - Qırğızıstan prezidenti

"Özləri Rusiyayla əməkdaşlıq edir, amma bizə qadağa qoyurlar" - Qırğızıstan prezidenti
Kateqoriya məlum deyil
T

Qırğızıstan Prezidenti Sadır Japarov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirəsində çıxışı zamanı bildirib ki, sanksiya təhlükəsinə baxmayaraq, ölkəsi Rusiyayla iqtisadi əməkdaşlıqdan imtina etməyəcək.

 

Sfera.az xəbər verir ki, Prezident Qərb dövlətlərinə müraciət edərək, bizdən Rusiyayla əməkdaşlıq etməməyimizi tələb edirsiniz, amma özünüz onunla aktiv ticarət-iqtisadi əlaqələr qurursunuz deyə bildirib:


"Qırğızıstanın Rusiya ilə sizi bağlayan əlaqələrdən qat-qat çox iqtisadi münasibətləri mövcuddur. Ona görə də iqtisadi baxımdan bu əməkdaşlıqdan imtina etməyimiz mümkün deyil”.

 

Dövlət başçısının sözlərinə görə, bəzi Qərb ölkələrinin Qırğızıstanın ayrı-ayrı şirkət və banklarına qarşı tətbiq etdiyi sanksiyalar bəzən qeyri-hökumət təşkilatları və vicdansız şəxslər tərəfindən yayılan yalan məlumatlara əsaslanır.


O, əlavə edib ki, Qırğızıstan hökuməti bank sektorunun fəaliyyətini hərtərəfli yoxlamaq üçün müstəqil beynəlxalq auditlərin keçirilməsinə hazırdır.

 

“2024-cü ildə Avropa İttifaqı ölkələri Rusiya ilə 141 milyard dollar dəyərində ticarət aparıb ki, bunun 36 milyard dolları Rusiyadan idxalın payına düşüb", – deyə Japarov qeyd edib.

 

Prezidentin sözlərinə görə, belə vəziyyətdə, bəziləri öz maraqlarını qorumaq naminə Rusiyayla əməkdaşlığı davam etdirir, digərlərinə isə bunu qadağan edirlər. 

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR