Rubio:"Tramp Rusiyanın qarşısına əlavə xərclər qoya bilər"

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək və Ukraynaya yeni silah sistemləri vermək imkanını özündə saxlayır.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası zamanı bildirib:
“Trampın dəfələrlə dediyi kimi, onun qarşısında Ukraynadakı münaqişəyə son qoymaq üçün lazım gələrsə, Rusiya Federasiyasına əlavə iqtisadi xərclər qoymaq imkanı və variantları var”.
Marko Trampın bəzi hallarda Ukraynaya müdafiə silahları və potensial hücum silahları satmaq variantının olduğunu da bildirib.
Firuzə Əliyeva
Sfera.az






