Polşa bu ölkə ilə sərhədi açacaq

Kateqoriya məlum deyil
T
Polşa hökuməti 12 sentyabrdan "Qərb-2025" hərbi təlimləri ilə əlaqədar bağlanan sərhəd-keçid məntəqələrini, 25 sentyabr gecəsi açacaq.
Sfera.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.
"Bir yarım gün sonra, çərşənbə günündən cümə axşamına keçən gecə yarısı sərhəd-keçid məntəqələri açılacaq", - deyə o, hökumətin iclasından əvvəl bildirib.
Baş nazirin çıxışını TVP Info telekanalı canlı yayımlayıb.
Niyaz Hacıyev
Sfera.az






