"Rusiya-Ukrayna münaqişəsinin bitəcəyinə həqiqətən inanmıram"

Kateqoriya məlum deyil
T
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə şübhə etdiyini bildirib.
Sfera.az Tass-a istinadən xəbər verir ki, o, bu barədə Amerikanın "Fox News" telekanalına müsahibəsində bildirib.
"Mən Rusiya-Ukrayna münaqişəsinin bitəcəyinə həqiqətən inanmıram", - deyə Ərdoğan deyib.
Türkiyə lideri həmçinin qeyd edib ki, Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz, Avropa isə Kiyevə əbədi olaraq yardım edə bilməz.
Fidan Hacızadə
Sfera.az






