Avropa Moldovanı işğal etməyə hazırlaşır - SVR

Avropa Moldovanı işğal etməyə hazırlaşır - SVR
Kateqoriya məlum deyil
T

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunun TASS-a verdiyi məlumata görə, Avropa İttifaqı Moldovanı işğal etməkdə qərarlıdır və Pridnestroya qorxutmaq məqsədilə Ukraynanın Odessa vilayətində NATO “desantının” yerləşdirilməsinə hazırlaşır.


Sfera.az xəbər verir ki, SVR-in məlumatına görə, Brüsseldə Moldova-nın “rusofob siyasət” çərçivəsində nəzarətdə saxlanması planlaşdırılır.


“Bunu hər hansı bir qiymətə etmək nəzərdə tutulur, hətta ordu qüvvələrinin göndərilməsi və ölkənin faktiki işğalı da istisna deyil. Hazırda NATO üzvü olan ölkələrin Silahlı Qüvvələrinin bölmələri Ruminiyada, Moldova sərhədlərinə yaxın konsentrasiyaya gətirilir”, – deyə SVR vurğulayıb.


Məlumata görə, NATO “desantı” Pridnestroya qorxu yaratmaq məqsədilə Odessa vilayətinə eniş üçün hazırlanır. Fransa və Britaniyadan ilk qrup peşəkar hərbçilər artıq bölgədədir. 

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR