"NATO ölkələri Ankara modelindən yararlana bilər" - Ərdoğan

“NATO ölkələri də Rusiya və Ukrayna ilə münasibətlərdə Ankara modelindən yararlana bilər”.
Sfera.az “TACC” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fox News” telekanalına müsahibəsində bildirib.
Ərdoğan Alyans ölkələrinin Rusiya tərəfindən hava sərhədlərinin pozulmasına reaksiyası ilə bağlı suala cavab verərək deyib:
“Məncə, NATO həm Rusiya, həm də Ukrayna ilə münasibətlərdə bizim tətbiq etdiyimiz modeldən istifadə etməlidir. Biz orada sülh modeli üzərində işləyirik”.
Türkiyə lideri Vladimir Putinlə görüşdükləri gündən yaxşı münasibətlər qurduqlarını vurğulayıb. O, eyni zamanda, Ukrayna ilə əlaqələrin də qorunduğunu qeyd edib:
“Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətlərimizi saxlayırıq. Bizim modelimiz yaxşı münasibətlər saxlamaqdır”.
Ərdoğan sonda Türkiyənin iki ölkə arasında sülh yolu ilə münaqişənin həllini təşviq etməyə davam edəcəyini bildirib.
Fidan Hacızadə
Sfera.az






