“İsraili bu şərtlə dövlət kimi tanıya bilərik" - İndoneziya prezidenti

İndoneziya Prezidenti Subianto, Fransanın və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində keçirilən “Fələstin məsələsinə həll tapılması və iki dövlətli həllin tətbiqi” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda çıxış edib.
Sfera.az xəbər verir ki, o, 7 oktyabrdan etibarən İsrailin Qəzzaya hücumları nəticəsində, arasında qadın və uşaqların da olduğu minlərlə mülki şəxsin həyatını itirdiyini vurğulayaraq bildirib:
“Çoxu qadın və uşaq olmaqla minlərlə günahsız insan öldürüldü, aclıq və dağıntılar yaşandı. Gözlərimizin önündə bir humanitar fəlakət baş verir. Günahsız mülki şəxslərə qarşı bütün zorakılığı qınayırıq”.
Subianto əlavə edib:
“İndoneziya, İsrail Filistin Dövlətini və Filistinin müstəqilliyini tanıdığı anda dərhal İsrail Dövlətini tanıyacağını və İsrailin təhlükəsizliyi üçün bütün zəmanətləri dəstəkləyəcəyini bəyan edir”.
Prezident, ölkələrin Fələstin məsələsində məsuliyyətlərinin yalnız Fələstinin taleyini deyil, həm də İsrailin gələcəyini və BMT-nin etibarlılığını əhatə etdiyini vurğulayıb, Fələstinə dövlət zəmanətinin təmin edilməsinin vacibliyini qeyd edib.
O, iki dövlətli həll çağırışını təkrarlayaraq bildirib:
“Tanınma, daimi sülhə gedən əsl bir fürsət olmalıdır. Bu, bütün tərəflər üçün həqiqi sülh deməkdir”.
Subianto Fransanın, Kanadanın, Avstraliyanın, İngiltərənin və Portuqaliyanın Fələstini dövlət kimi tanımasını tarixin doğru tərəfində olmaq kimi qiymətləndirib və “Sülh yolunda üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq” deyib.
Prezident həmçinin İsrailin Qəzzaya hücumlarının dayandırılmasının “ən böyük prioritet” olmalı olduğunu vurğulayaraq, Fələstinin tanınması, Qəzzadakı humanitar fəlakətin dayandırılması və sülhün təmin olunması üçün çağırış edib.
Niyaz Hacıyev
Sfera.az






