Belçika, Monako, Malta və Lüksemburq Fələstini tanıdı

Kateqoriya məlum deyil
T
Belçika, Monako, Malta və Lüksemburq Fələstin dövlətinin müstəqilliyini tanıyıb.
Sfera.az xəbər verir ki, həmin ölkələrin qərarları BMT Baş Assambleyasının 80-ci sessiyasında elan edilib.
Qərar iki dövlətli həll yoluna dəstəyin göstəricisi kimi dəyərləndirilir və Avropada artan həmrəylik mövqeyinin bir hissəsi hesab olunur.
Xatırladaq ki, daha əvvəl Fransa, Portuqaliya, Böyük Britaniya, Kanada və Avstraliya da analoji qərarı verib.
Firuzə Əliyeva
Sfera.az






