Yaponiya polisi naməlum şəxsin yaşlı qadını külli miqdarda pulla aldatması ilə bağlı qeyri-adi fırıldaq hadisəsi üzə çıxarıb. Fırıldaqçı, özünü yaşlı qadına kosmosda qapalı qalan və "oksigen" üçün pula ehtiyacı olan "kosmonavt" kimi təqdim edib.
Sfera.az xəbər verir ki, misligörünməmiş manipulyasiyadan sonra təqaüdçü qadın fırıldaqçının hesabına demək olar ki, bir milyon yen (təxminən 11.500 Azn) göndərib.
Cinayətkarın 80 yaşlı təqaüdçü ilə iyul ayında sosial şəbəkədə tanış olduğu və polisin bunu romantik fırıldaq kimi qiymətləndirdiyi bildirilir. Onların ünsiyyəti bir neçə ay davam edib.
Bir gün fırıldaqçı qadına astronavt olduğunu deyib və onların münasibətləri internetdə davam edib. Daha sonra o, hazırda bir gəmidə kosmosda təzyiq altında olduğunu və oksigenə ehtiyacı olduğunu bildirib.
Hokkaydo polisi bildirib ki, tənha qadın hisslərinin dərinləşməyə başladığı kişiyə rəğbətini ifadə edib. Buna görə də, emosiya içində ona xeyli pul göndərib.
Bir müddət sonra təqaüdçü aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis işin təfərrüatlarını gizlədir və araşdırma aparır.
Aysel