Sosial media fenomeni toyundan sonra öldü

Kateqoriya məlum deyil
T
Bosniyalı sosial media fenomeni Adna Rovçanin-Omerbegović toyundan iki gün sonra vəfat edib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, onun səhhəti gözlənilmədən toy gecəsi pisləşib, komaya düşüb və təcili xəstəxanaya aparılıb.
Lakin həkimlər səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Gənc qadın dünyasını dəyişib.
Hazırda onun ölüm səbəbləri ilə bağlı araşdırma aparılır. Gənc qadın sosial şəbəkədə gözəllik videoları paylaşması ilə tanınıb.






