Rusiya əlacsız vəziyyətdədir - Bu məhsulları Belarus və Çindən alacaq

Rusiya mikroelektronika sahəsində Belarus və Çinlə əməkdaşlığı gücləndirəcək.
Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Mixail Mişustin Rusiyanın Mikroelektronika Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
“Onlarla biz elektronika və digər prioritet istiqamətlərdə qarşılıqlı faydalı layihələr həyata keçiririk. Əlbəttə, bu əməkdaşlığı daha da dərinləşdirəcəyik”,– deyə hökumət başçısı vurğulayıb.
Mişustinin sözlərinə görə, Rusiya texnologiyanın bir çox sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə açıqdır:
“Biz dost ölkələri tədqiqat potensiallarını və istehsal imkanlarını birləşdirməyə, hər birinin üstünlüklərini səmərəli şəkildə istifadə edərək genişmiqyaslı praktiki təşəbbüsləri vətəndaşlarımızın maraqları naminə birgə irəlilətməyə dəvət edirik”.
Baş nazir qeyd edib ki, mikroelektronika strateji sahə olmaqla yanaşı, ölkənin texnoloji suverenliyinin möhkəmlənməsində də əsas rol oynayır:
“Bu, insanların həyatının demək olar ki, bütün sahələrinə təsir göstərir”.
Niyaz Hacıyev
Sfera.az






