Rusiya Ukraynanı terrorda günahlandırır - Cinayət işi açıldı

Rusiya prokurorluğu Ukraynaya qarşı cinayət işi açıb. Rusiya tərəfi iddia edir ki, ukraynalılar Krımda mülki obyektlərə hücum ediblər və bu, terror aktıdır.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
O bildirib ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi respublika ərazisindəki yaşayış məntəqəsinə Ukrayna silahlı birləşmələrinin hücumu faktı üzrə 205-ci maddənin 3-cü hissəsinin “b” bəndi (terror aktı) ilə nəzərdə tutulmuş cinayətlər əlamətləri üzrə cinayət işi açıb.
İstintaqın məlumatına görə, sentyabrın 21-də Ukrayna pilotsuz uçuş aparatlarından istifadə edərək Krımın Foros kəndinə hücum ediblər. Hücum zamanı 3 mülki şəxs həlak olub, daha 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Niyaz Hacıyev
Sfera.az






