Zelenski sülh müqaviləsi bağlaya bilməyəcək - İDDİA

Zelenski sülh müqaviləsi bağlaya bilməyəcək - İDDİA
Kateqoriya məlum deyil
T

“Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqavilələri bağlamaq gücündə deyil”.

 

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Başqa Ukrayna” hərəkatının rəhbəri, qadağan olunmuş “Müxalifət Platforması – Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.


Medvedçukun sözlərinə görə, Zelenski heç bir qərar qəbul edə bilmir:


“O, istər çətin, istər asan, istərsə də başqa hər hansı bir qərar vermək iqtidarında deyil. Siyasi təlxək özünün yaratdığı reallığın əsirinə çevrilib və indi heç bir addım ata bilmir”.

 

Onun fikrincə, Ukrayna hakimiyyəti nə sülh şəraitində yaşamağa, nə də müasir dövlət qurmağa qadirdir.


Medvedçuk Ukraynada vəziyyətin mədəni və inzibati deqradasiyaya gətirib çıxardığını, sadə vətəndaşların isə müharibə nəticəsində hüquq və azadlıqlarından məhrum edildiyini də vurğulayıb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR